BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu uşaqların peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır

İnternat məktəblərində oxuyan və xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəkdə peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır.

 

Pravda.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

 

O bildirib ki, layihənin əsas məqsədi şagirdlərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğulluğuna dəstək vermək, onların peşə bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir: "Bu çərçivədə iştirakçılar müxtəlif peşə məşğələlərinə cəlb olunacaq və praktiki bacarıqlar əldə edəcəklər".

Tarix: 23 İyul 2026, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin