BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqlədi

Avropa İttifaqı ölkələri iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəlib. Bu paket bank sektoruna məhdudiyyətləri sərtləşdirmək və neft-qaz sənayesinə təzyiqi artırmaq məqsədi daşıyır.

 

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial platformasında yazıb: “Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılaşmanı alqışlayıram. Ukraynanın hərbi impuls qazandığı bir vaxtda sanksiyalarımız Rusiyanın müharibə səylərinin iqtisadi təməllərini zəiflətməyə davam edir”. O əlavə edib ki, paket Aİ-nin əməliyyat qadağaları siyahısına Rusiyanın 32 bankını əlavə edir, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarət platformalarını hədəf alan tədbirləri nəzərdə tutur.

 

Aİ, həmçinin Moskvanın bazar şoklarından faydalanmasının qarşısını almaq üçün Rusiya neftinin qiymət həddinin tənzimlənməsini bir il müddətinə donduracaq.

 

Ursula Fon der Lyayen qeyd edib ki, Aİ ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” kömək edən gəmiləri də hədəfə alacaq. Onun sözlərinə görə, Brüssel rus döyüşçülərinin Aİ ərazisinə daxil olmasını rəsmi olaraq qadağan etmək istiqamətində mühüm addım atıb.Azərtac

Tarix: 23 İyul 2026, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin