Ramiz Mehdiyevin ailəsinə məxsus maliyyə qurumu olan "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatının (BOKT) dövlət büdcəsinə vergi borcu yaranıb.
Belə ki, cəmi dörd ay əvvəl fəaliyyətə başlayan qurumun vergi borcu var. Bu haqda iqtisadiyyaz.az xəbər yayıb. Məlum olur ki, Mehdiyevlərə məxsus BOKT-un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 min 540 manat vergi borcu var.
"T-Kredit" MMC BOKT Azərbaycan Mərkəzi Bankının 5 mart 2026-cı il tarixli qərarı ilə "Bank BTB" ASC-nin bank statusuna xitam verilməsindən sonra yaradılıb. Yenidən təşkil olunma prosesində bankın bütün aktiv və öhdəlikləri, kredit portfeli, depozitləri və müştəri bazası Azərbaycan Beynəlxalq Bankına ötürülüb. Bundan sonra "Bank BTB" təşkilati-hüquqi formasını dəyişərək rəsmi şəkildə "T-Kredit" MMC BOKT kimi fəaliyyətə başlayıb. Yeni quruma rəhbər bankın Maliyyə departamentinin sabiq direktoru Vüqar Rəfiyev təyin edilib.
Qeyd edək ki, "Bank BTB" 2010-cu ildən fəaliyyət göstərirdi. Bankın səhmlərinin 76,74 faizi Nigar Mehdiyevaya, 17,68 faizi Rza Sadiqə, 5,58 faizi isə Tükəzban Mahmudovaya məxsus idi. Bankın nizamnamə kapitalı 71,45 milyon manat olduğu halda, BOKT-a çevrildikdən sonra bu məbləğ 1 milyon manata endirilib.
Mövcud qanunvericiliyə görə, 21 min 540 manatlıq vergi borcu özü-özlüyündə BOKT-un fəaliyyətinin dayandırılması üçün hüquqi əsas hesab edilmir. Lakin vergi öhdəliklərinin uzun müddət yerinə yetirilməməsi, borcun artması və maliyyə qanunvericiliyinin digər tələblərinin pozulması halında vergi və nəzarət orqanları tərəfindən müxtəlif tədbirlər görülə bilər.
Hazırda "T-Kredit" MMC-nin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət və ya lisenziyasının dayandırılması barədə rəsmi məlumat açıqlanmayıb.
"Bank BTB"nin BOKT-a çevrilməsi maliyyə bazarından tam çıxış anlamına gəlmir. Bank statusunu itirsə də, qurum bank olmayan kredit təşkilatı kimi fəaliyyətini davam etdirir.
Bununla belə, BOKT-ların səlahiyyətləri banklarla müqayisədə xeyli məhduddur. Onlar əhalidən depozit qəbul edə, ödəniş kartları buraxa və klassik bank xidmətləri göstərə bilmirlər. Əsas fəaliyyət istiqamətləri kreditləşmə və digər məhdud maliyyə xidmətlərindən ibarətdir.
Bu baxımdan "Bank BTB"nin "T-Kredit"ə çevrilməsi maliyyə sektorundan çıxış deyil, fəaliyyət modelinin dəyişdirilməsi kimi qiymətləndirilə bilər.
Uzun illər Azərbaycanın siyasi sistemində ən nüfuzlu fiqurlardan biri hesab olunan Ramiz Mehdiyevin ailəsinin bank sektorundakı əsas aktivi artıq bank deyil, bank olmayan kredit təşkilatıdır. Yeni yaradılmış qurumun fəaliyyətinin ilk aylarında vergi borcunun yaranması diqqət çəksə də, bu fakt hazırda onun fəaliyyətinin dayandırılması anlamına gəlmir. Bununla yanaşı, "Bank BTB"nin tarixə qovuşması və ailənin maliyyə bazarında daha məhdud statusla təmsil olunması Mehdiyevlərin iqtisadi təsir imkanlarının əvvəlki dövrlə müqayisədə xeyli dəyişdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev 2025-ci ilin sonunda cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə Ramiz Mehdiyevin ölkədən çıxışına qadağa qoyulub və prosessual öhdəliklər müəyyən edilib.
İstintaqın gedişində Ramiz Mehdiyevin ailə üzvlərinə və onlarla əlaqələndirilən bir sıra şirkətlərin maliyyə fəaliyyəti də araşdırma predmetinə çevrilib. Bu çərçivədə bank, tikinti və digər kommersiya strukturları üzrə maliyyə sənədlərinin öyrənildiyi bildirilir.Musavat.com
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
Ən son xəbərləri səhifəmizdən də izləyin