BURADA REKLAMINIZ OLA
BİLƏR

Kino Agentliyi SMM xidmətinə 311 min xərcləyəcək – İşi həyata keçirəcək şirkətin vergi borcu var

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi SMM, dizayn, montaj, məzmun yazımı, foto və video çəkiliş xidmətlərinə 311 048 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Prosper” MMC göstərəcək.

 

Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri İlqar oğlu Səfərovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin dövlətə 2 969 AZN borcu var.

 

Cabir

Tarix: 23 İyul 2026, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin