BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Məciddən bir-birilərini təhqir edən Qulu Məhərrəmli və Azər Həsrətə çağırış: “İsti çay için, soyuqqanlı müzakirə aparın”

“İki gündür Professor Qulu Məhərrəmli məni votsapla birbaşa söyməklə məşğuldur. Səbəbsə TNS TV efirində aparıcı Tural Səfərin Facebook-dan oxuduğu şərhə verdiyim cavabdır. Cavabım da yetərincə nəzakətli idi. Amma Qulu Məhərrəmli gecənin bir aləmində çox ədəbsiz sözlər yazaraq belə bir şey demədiyini iddia edincə, ona olduqca nəzakətli cavab verdim, bir paylaşımın altına yazdığı şərhi göndərdim. Adam açıq şəkildə məni qərəzli adlandırıb. Tural Səfər də bunu oxudu və məndən şərh istədi. Mədəni şəkildə dedim ki, Qulu Məhərrəmli buyursun, mənim qərəzimi sübut etsin. Dediyim kimi, iki gündür adam durmadan mənə təhqirlər yazır. Səbrlə cavab verirəm. Bu gün isə lap həddini aşınca cavab verməli oldum”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Əməkdar jurnalist Azər Həsrət bildirib.

Azər Həsrətdən Qulu Məhərrəmliyə ŞOK SÖZLƏR -

A.Həsrət qeyd edib ki, Q.Məhərrəmli onu “WhatsApp”da bloka atıb: “Baxıram, yazdığım nəsə ona çatmır. Belə anladım ki, son sözünü yazıb, məni də əngəlləyib. Canı sağ olsun. Alternativlər yox deyil. İndi kimsə deyəcək ki, bunu bura niyə yazırsan? İkinizin arasında olub-filan. Məsələ ondadır ki, bu adam cəmiyyət içində özünü mələk kimi göstərir. Hamının, hətta müxalifətin də, iqtidarın da yanında yaxşı olmağa çalışır. Guya etalon bir şəxsiyyətdir. Onun əsl mahiyyəti, əslində budur! Adam məndən narazı ola bilərdi. Fikirlərimlə razılaşmaya, hətta məni tənqid də edə bilərdi. Amma bunun təhqirlər yazmasını, açığı, anlaya bilmirəm. Hələ nəzərə almaq lazımdır ki, bir sutkadır onun təhqirlərinə qarşılıq vermirəm, adamı ədəbə, nəzakətə dəvət edirəm. Başqası olsa, bunu məhkəməyə verib canını alardı. Amma böyüklük məndə qalsın. Sadəcə, bura yazdım”.

 

Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid baş verənlərə belə reaksiya verib: “Çox təəssüf edirəm ki, polemikanız bu həddə gəlib çıxıb. Cəmiyyətə nümunə olmalı, dəyərli iki şəxsin belə leksikondan istifadə etməsi qəbuledilməzdir. Gəlin, MŞ-da bir isti çay içib, soyuqqanlı müzakirə aparın”.

Tarix: 23 İyul 2026, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin