“Bəzi xarici media orqanlarında və sosial şəbəkələrdə yayılan "Rusiya artıq Avropanı enerji ilə təmin edə bilmir, Azərbaycan isə onun yerini tutur" tezisi ilk baxışdan diqqətçəkici görünsə də, mahiyyət etibarilə geosiyasi reallığı təhrif edən yanaşmadır. Doğrudur, Rusiya əvvəlki illərlə müqayisədə Avropa bazarındakı mövqeyinin bir hissəsini itirib, Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi öz ixrac imkanlarını genişləndirib. Lakin bu, "birinin yerini digərinin tutması" demək deyil. Azərbaycanın enerji strategiyası heç vaxt hansısa ölkəni sıxışdırmaq və ya əvəz etmək üzərində qurulmayıb. Ölkəmiz bazarda etibarlı tərəfdaş kimi öz imkanlarını təqdim edir və bunu milli maraqlarına uyğun şəkildə həyata keçirir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elnarə Akimova deyib.
E.Akimova qeyd edib ki, məhz buna görə belə paylaşımların əsas məqsədi enerji bazarındakı iqtisadi prosesləri siyasi qarşıdurma kimi təqdim etməkdir: “Bu cür informasiyalar həm Azərbaycanın Avropa ilə inkişaf edən əməkdaşlığını Rusiyaya qarşı addım kimi göstərməyə, həm də Bakı ilə Moskva arasında etimad mühitinə zərbə vurmağa hesablanır. İnformasiya müharibəsinin əsas xüsusiyyəti də budur: faktları tam inkar etmir, onları məqsədli şəkildə başqa mənaya yönəldir. Azərbaycan isə bu oyunun iştirakçısı deyil. Ölkəmizin xarici siyasətinin təməl prinsipi balans, qarşılıqlı hörmət və milli maraqların qorunmasıdır. Bakı həm Qərblə, həm də qonşu dövlətlərlə münasibətlərini emosiyalar üzərində deyil, dövlətçilik məntiqi əsasında qurur. Azərbaycanın qaz ixracını artırması hansısa ölkəyə qarşı deyil, Avropanın enerji təhlükəsizliyinə töhfə vermək və öz iqtisadi maraqlarını təmin etmək məqsədi daşıyır”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyada səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan artıq regional proseslərdə sadəcə müşahidəçi deyil, mövqeyi nəzərə alınmalı olan dövlətdir: “Dövlət başçısının Bakıda Almaniya nümayəndələri ilə Rusiyanın keçmiş baş naziri arasında keçirilmiş gizli təmaslarla bağlı açıq mövqe ortaya qoyması onu göstərdi ki, Azərbaycan öz suverenliyinə və dövlət maraqlarına toxunan heç bir məsələyə səssiz qalmır. Bu, həm də Azərbaycanın artıq böyük güclərin arxasında qərar verdiyi deyil, iştirakı və razılığı vacib olan ölkəyə çevrildiyini nümayiş etdirir. Şübhəsiz ki, müxtəlif dairələr zaman-zaman Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışacaqlar. Lakin dövlətlərarası münasibətlər sosial şəbəkələrdə yazılan başlıqlarla deyil, qarşılıqlı maraqlar və siyasi reallıqlarla idarə olunur. Rusiya da yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik, enerji marşrutları, Şimal-Cənub nəqliyyat dəhlizi və regional əməkdaşlıq baxımından Azərbaycanın rolu getdikcə artır. Elə buna görə də bu münasibətlər emosional manipulyasiyalar üzərində deyil, qarşılıqlı zərurət üzərində formalaşır”.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın dəyərini artıran əsas amil kiminsə zəifləməsi deyil: “Azərbaycanın gücü onun müstəqil qərar verməsində, etibarlı tərəfdaş nüfuzunda, milli maraqlarını qətiyyətlə müdafiə etməsində və bütün təzyiqlərə baxmayaraq balanslı siyasət yürütməsindədir. Dövlətimizin müvafiq qurumları da ölkənin təhlükəsizliyini, siyasi sabitliyini və milli maraqlarını qorumaq üçün öz funksiyalarını ardıcıl şəkildə yerinə yetirirlər. Məhz buna görə informasiya manipulyasiyaları müəyyən gündəm yarada bilər, amma Azərbaycanın strateji mövqeyini dəyişdirə bilməz”.
Şəhanə Qədirli
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin