Ali Məhkəmədə qəsdən sağlamlığa zərər vurmada, qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Asəf Əlizadə, onun qardaşı Akif Əlizadə və bibisi oğlu Sakit Məlikovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
Qeyd: Atasının döyüldüyünü iddia edən üç qohumun həmkəndliləri ilə yaşadığı münaqişə məhkəmə çəkişməsinə çevrilib. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə ağır maddələrlə ittiham irəli sürülsə də, məhkəmə araşdırması nəticəsində həmin ittihamların bir hissəsi əsassız hesab olunaraq onların əməlləri daha yüngül maddələrlə tövsif edilib.
İş materiallarına əsasən, hadisə 2024-cü ildə Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən "Əli" adlı marketin yaxınlığındakı ət dükanının qarşısında baş verib.
Belə ki, Asəf Əlizadə atasının həmkəndliləri, zərərçəkmiş Razim Ömərov (adı, soyadı şərtidir) və onun qardaşı zərərçəkmiş Rasim Ömərov (adı, soyadı şərtidri) tərəfindən döyüldüyünü öyrəndikdən sonra məsələni aydınlaşdırmaq məqsədilə qardaşı Akif Əlizadə və bibisi oğlu Sakit Məlikovla birlikdə həmin ünvana gəlib.
Tərəflər arasında baş verən mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.
İstintaq materiallarında göstərilib ki, münaqişə zamanı Asəf əlində olan taxta parçası ilə əvvəlcə Razimin baş nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmişin alın nahiyəsində əzilmiş yara əmələ gəlib. Ekspertiza həmin xəsarətin sağlamlığa zərər vurmayan xəsarət olduğunu müəyyən edib.
Sonra Asəf eyni taxta parçası ilə Rasimə də ardıcıl şəkildə bir neçə dəfə zərbə vurub. Hadisə nəticəsində Rasim müxtəlif bədən xəsarətləri alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onun başının tüklü hissəsində əzilmiş-cırılmış yara, döş qəfəsində, sol çiyin nahiyəsində, hər iki baldırında əzilmiş yaralar, eləcə də sağ dirsək sümüyünün diafiz hissəsinin sınığı qeydə alınıb.
Ekspertiza bu xəsarətlərdən bəzilərini sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül xəsarət, sağ dirsək sümüyünün sınığını isə həyati təhlükə yaratmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər kimi qiymətləndirib.
İbtidai istintaq zamanı Asəf Əlizadəyə Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə edilməklə xuliqanlıq) maddələri ilə ittiham elan olunub.
Akif Əlizadə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü maddələri ilə, Sakit Məlikova isə yalnız 221.3-cü maddə ilə təqsirləndirilib.
Cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ibtidai araşdırma orqanının hüquqi qiymətləndirməsi ilə razılaşmayıb.
Məhkəmə hesab edib ki, toplanmış sübutlar təqsirləndirilən şəxslərin ağırlaşdırıcı hallarda xuliqanlıq törətməsini təsdiqləmir. Bu səbəbdən məhkəmə Asəfin əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə, həmçinin əlavə olaraq 128-ci maddəyə tövsif edib.
Akifin əməli isə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif olunub.
Bundan başqa, məhkəmə həm Sakit, həm də Akifin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətini törətmələrinin sübuta yetirilmədiyi qənaətinə gəlib.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə sonradan apellyasiya instansiyası tərəfindən də araşdırılıb.
Bakı Apellyasiya Məhkəməsi iş üzrə sübutları yenidən qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyini düzgün hesab edib və ibtidai istintaq orqanının irəli sürdüyü ağır ittihamların sübutlarla təsdiqlənmədiyi qənaətinə gəlib.
Beləliklə, apellyasiya instansiyası da təqsirləndirilən şəxslərin əməllərinin daha yüngül maddələrlə tövsif edilməsini qanuni və əsaslı sayaraq birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni qüvvədə saxlayıb. Qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.
Kamal Məmmədov
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin