BURADA REKLAMINIZ OLA
BİLƏR

Brokolili pəhriz salatı necə hazırlanır?

Mənşəyi qədim Romaya qədər uzanan brokoli kələmkimilər fəsiləsinin üzvüdür. Son illərdə istehlakı sürətlə artan brokoli xərçəngə səbəb olan hüceyrələrin azalmasına kömək edir.

 

Pravda.az xatırladır ki, brokoli maddələr mübadiləsini sürətləndirməklə yanaşı, orqanizmdən toksinlərin xaric olunmasını da asanlaşdırır.

 

Brokolili pəhriz salatı üçün lazım olan ərzaqlar

200 q brokoli

120 q təzə yaşıl noxud

30 q qaynadılmış bulqur

1 ədəd xiyar

1/2 ədəd avokado

1 xörək qaşığı qovrulmuş kətan toxumu

1 dəstə cəfəri

1 dəstə nanə

1 ovuc maş lobyası

2 çay qaşığı limon suyu

1 çay qaşığı zeytun yağı

 

Hazırlanması:

 

Əvvəlcə brokolini kiçik hissələrə ayırın. Brokoli və yaşıl noxudu birlikdə buxarda qısa müddət bişirin. Bişdikdən sonra soyuq sudan keçirib süzün və üzərinə əvvəlcədən qaynadılmış bulquru əlavə edin. Dilimlənmiş xiyarı, avokadonu, kətan toxumunu və maş lobyasını salata əlavə edin. Üzərinə xırda doğranmış cəfəri və nanə səpin. Sonda limon suyu və zeytun yağını əlavə edib qarışdırın. Salat servizə hazırdır.

 

Qeyd: Yaşıl noxudun dağılmaması üçün onu orta odda və qısa müddət bişirin. Brokolinin formasını qorumaq üçün bişirmə zamanı taxta qaşıqdan istifadə edin. Zeytun yağı və limon suyunu salatı süfrəyə verməzdən əvvəl əlavə edin. Əks halda salat su buraxa bilər.

 

Əminə Bayramova

Tarix: 24 İyul 2026, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin