BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdə pizza sousunu belə hazırlayın

Evdə hazırlanan pizza sousu təzə pomidor, sarımsaq və ətirli ədviyyatların harmoniyası ilə pizzalarınıza xüsusi dad qata bilər.

 

Pravda.az bildirir ki, cəmi 12 dəqiqəyə hazırlanan və 15 dəqiqəyə bişən bu sous həm ev pizzaları, həm də müxtəlif qəlyanaltılar üçün ideal seçimdir.

 

Sousu hazırlamaq üçün pomidor, pomidor tomatı, sarımsaq, zeytun yağı, kəklikotu, reyhan, duz, qara istiot və az miqdarda şəkər kifayətdir. Bütün ərzaqlar zəif odda bişirilərək qatı və aromatik sous əldə edilir.

 

Daha zəngin dad üçün yetişmiş pomidorlardan istifadə etmək, sousu isə zəif odda bişirmək tövsiyə edilir.

 

Əminə Bayramova

Tarix: 24 İyul 2026, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin