BURADA REKLAMINIZ OLA
BİLƏR

Yağ əridilərkən neçə dəqiqə qaynadılmalıdır?

Yağ əridərkən düzgün qaynatma müddəti onun həm dadına, həm də saxlanma müddətinə birbaşa təsir göstərir.

 

Pravda.az xatırladır ki, əridilən yağ zəif odda orta hesabla 20–30 dəqiqə qaynadılmalıdır.

 

Bu müddət ərzində yağın tərkibindəki su tam buxarlanır, süd zülalları isə qazanın dibinə çökür. Hazırlanma zamanı səthdə yaranan köpüklərin vaxtaşırı yığılması və dibdəki çöküntünün yanmamasına diqqət yetirilməsi tövsiyə olunur.

 

Yağ parlaq qızılı rəng aldıqda, köpük demək olar ki, tam yox olduqda və qaynama səsi azaldıqda, əridilmiş yağ hazır hesab edilir. Bu mərhələdə yağ süzülərək təmiz və quru şüşə qaba tökülməlidir.

 

Düzgün hazırlanıb saxlanılan bu yağ soyuducuda həftələrlə, hətta aylarla öz təravətini qoruya bilir. İstifadə zamanı həmişə quru və təmiz qaşıqdan istifadə etmək onun saxlanma müddətini daha da uzadır.

 

Əminə Bayramova

Tarix: 24 İyul 2026, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin