BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 23 milyonluq abadlıq-yenidənqurma işlərini vergi borcu olan 100 manatlıq şirkət həyata keçirəcək

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işlərinə 22 966 964 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Qrand Dizayn Konstrakşn” MMC göstərəcək.

 

Sifarişçi isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir.

 

Tərəflər müqavilə bağlayıb. İcraçının - “Qrand Dizayn Konstrakşn”ın qanuni təmsilçisi Səbuhi Vaqif oğlu Nurullayevdir. Nizamnamə kapitalı 100 AZN olan şirkətin dövlətə 55 775 AZN borcu var.

 

Cabir

Tarix: 24 İyul 2026, 20:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin