BURADA REKLAMINIZ OLA
BİLƏR

Məmməd Musayev həbs edilə bilərmi?

Məlum olduğu kimi, Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb, bir sıra vəzifəli şəxslər saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər.

 

Bu halda M.Musayev həbs oluna bilərmi?

 

Pravda.az-a açıqlama verən tanınmış vəkil Əkrəm Həsənov bildirib ki, hələlik bu məlumatlar qeyri-rəsmidir, yəni Cinayət Məcəlləsinin hansı maddələrindən söhbət getdiyi açıqlanmayıb.

Əkrəm Həsənov “Arzum999”dan danışdı: “Belə ədalət olar?” Pravda.az

O qeyd edib ki, ortada külli miqdarda mənimsəmədən söhbət gedir: “Buna görə də konkret olaraq hüquqi baxımdan nə gözlənilir deyə bilmirik. Ancaq ittihamlar kifayət qədər ciddidir. Həbs də ola bilər. Amma bəzi hallarda biz görmüşük ki, yüksək vəzifəli məmurlara imkan yaradırlar ki, vurulan ziyanı aradan qaldırsın.  Məsələn, bunu keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun timsalında gördük. Düzdür, həbs olunsa da, sonra azadlığa buraxıldı. Amma ondan əvvəl uzun müddət heç həbs də olunmurdu. Belə başa düşürəm ki, imkan verilmişdi ki, ziyanı aradan qaldırsın. Buna görə ola bilər ki, həbs olunmasın, ziyan aradan qaldırılsın. Faktiki olaraq ziyanın ödənilməsi dövlət üçün daha vacibdir. Amma hər bir halda cinayət işi açılıbsa, yəqin, əvvəl söhbət olub və ziyan aradan qaldırılmayıb. Buna görə də indi belədir”.

 

Şəhanə Qədirli

Tarix: 25 İyul 2026, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin