Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu keçərək cəmiyyətin maariflənməsində, milli düşüncənin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu gün ölkəmizdə media təkcə informasiya məkanı deyil, həm də milli maraqların qorunması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ictimai rəyin formalaşdırılmasında strateji gücə çevrilib. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafına yönəlmiş ardıcıl islahatlar, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir media institutlarının formalaşdırılması media sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Məhz bu diqqət və dəstək nəticəsində Azərbaycan mediası həm peşəkarlıq baxımından yeni mərhələyə yüksəlib, həm də qlobal informasiya mübarizəsində ölkənin mövqeyini qətiyyətlə müdafiə edən təsirli platformaya çevrilib.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Yadigar Məmmədli bildirib ki, Azərbaycan dövləti yerli medianın inkişafı ilə bağlı son illər ardıcıl fəaliyyət göstərir.

"Bunun hər zaman şahidi olmuşuq. Medianın İnkişafı Agentliyi tərəfindən istər çap mətbuatının, istər onlayn media subyektlərinin inkişafı üçün maliyyə dəstəyi də göstərilir. Medianın inkişafı sahəsində atılan addımlardan biri bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi oldu. Bu isə media sahəsində qarşıya çıxan problemləri önləmək üçün mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, sosial şəbəkələr artıq medianı sıxışdırır. Lakin hər zaman sosial şəbəkələr inanılan, etibarlı mənbə olmadığı üçün medianın ayaqda qalması, inkişaf etməsi, fəaliyyət göstərməsi istiqamətində dövlət öz köməyini əsirgəmir. Bundan başqa medianın inkişafı baxımından dövlət tərəfindən uzunmüddətli hesablanmış proqramlar var. Məsələn, bu il Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirilən fikirlər, müzakirə olunan məsələlər nəticədə həm də bizim milli mediamızın inkişafı, onun yol xəritəsinin hazırlanması, medianın qarşılaşdığı problemlərin həlli yolları üçün düşünülmüş addımlardır. Bütövlükdə dövlət səviyyəsində milli mediamıza dəstək göstərilir ki, media problemlərdən çıxa, peşə fəaliyyəti ilə məşğul olan jurnalistlər bu sahədə daha rahat fəaliyyətlərini həyata keçirə bilsinlər", - Y.Məmmədli deyib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli isə deyib ki, Azərbaycanda son beş ildə media sahəsində çox böyük islahatlar aparılıb:

"Azərbaycan mediası yeni dönəmə qədəm qoyub. Bu dönəm medianın saflaşması, özünə, öz milli kimliyinə qayıtması, yad ünsürlərdən təmizlənməsi dövrü kimi qiymətləndirilə bilər. Xüsusən, Medianın İnkişafı Agentliyinin yaradılması, media reyestrinin tətbiqi, "Media haqqında" qanunun qəbul edilməsi, jurnalistlərin təlimlərə cəlb edilməsi, xaricdən mütəxəssislərin gətirilməsi, eyni zamanda onlayn media subyektlərinə yardımların göstərilməsi bütövlükdə Azərbaycan medianın əvvəlki dönəmlərlə müqayisədə daha da peşəkarlaşmasına gətirib çıxarır. Çox sevindirici haldır ki, artıq Azərbaycanda "kimdir jurnalist?" sualına cavab tapılıb. Azərbaycan jurnalistləri beynəlxalq əlaqələrini daha da gücləndirib. Xarici media ilə münasibətlər daha da inkişaf edir. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yardımçı olur, eyni zamanda media subyektləri Azərbaycan cəmiyyətinə də obyektiv, dəqiq məlumatlar çatdırır. Həqiqətən də, Azərbaycan jurnalistikası bu gün regionda ən önəmli medialardan hesab edilə bilər. İstər ölkəmizdə keçirilən media ilə bağlı tədbirlər, xüsusən, Şuşada keçirilən IV Qlobal Media Forumu, bundan başqa D8-ə üzv olan ölkələrin Media Forumunun da Azərbaycanda keçirilməsi göstərir ki, artıq Azərbaycan mediası beynəlxalq aləmdə öz sözünü deyir, inteqrasiya prosesi daha da sürətlənir. Bu baxımdan son illər görülən işlər çox müsbət hal kimi qiymətləndirilməlidir. Azərbaycan mediası bundan sonrakı mərhələdə də onun qarşısına qoyulan məqsədlərə nail olmaq üçün daha da fəal çalışmalıdır. Əsasən, dezinformasiyalarla, feyk xəbərlərlə mübarizə ön planda olmalıdır. Çünki sosial şəbəkələr medianın hazırda ən böyük rəqibidir. Sosial şəbəkələrdə yayımlanan xəbərləri media subyektləri operativ şəkildə obyektiv olaraq ictimaiyyətə çatdırmalıdırlar. Bu baxımdan, əslində medianın üzərinə qoyulan məsuliyyət, onun cəmiyyət qarşısındakı məsuliyyətini daha da artır. Jurnalistlərimiz bu məsələdə çox diqqətli olmalıdırlar. Xüsusən də, media savadlılığına önəm verməlidirlər ki, növbəti mərhələlərdə mediaya olan inam sarsılmasın".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin