BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəmi 20 dəqiqəyə hazırlanan çiyələkli dondurma

Çiyələyin təbii ətri və qaymağın yumşaqlığı ilə hazırlanan bu dondurma isti yay günləri üçün ideal seçimdir.

 

Pravda.az bildirir ki, rafinə şəkər əlavə edilmədən, bal və qurudulmuş tutla şirinləşdirilən bu ləzzətli resepti qısa zamanda hazırlaya bilərsiniz.

 

Tərkibi

 

500 q çiyələk

1 stəkan qurudulmuş tut (200 ml-lik stəkan ölçüsü ilə)

1 qutu (200 ml, 35% yağlı) qaymaq

1 desert qaşığı limon suyu

1 xörək qaşığı bal

 

Hazırlanması

 

Çiyələkləri bol suda yuyun və yaxşıca qurudun. Qurudulmuş tutu blenderdə toz halına gələnədək üyüdün. Çiyələklərin saplarını təmizləyib iri doğrayın, sonra onları üyüdülmüş tutun üzərinə əlavə edin və püre halına gələnədək blenderdən keçirin. Qarışığa limon suyu, qaymaq və bal əlavə edib homogen kütlə alınana qədər yenidən blenderdə qarışdırın. Hazır qarışığı kvadrat və ya düzbucaqlı şüşə qaba tökün, üzərini streç plyonka ilə örtün və dondurucuda ən azı 4 saat, daha yaxşı nəticə üçün isə bir gecə saxlayın. Daha sonra istədiyiniz kimi porsiyalara bölərək servis edin. Bütün bu proses üçün sizə 20 dəqiqə vaxt lazım olacaq.

 

Qeyd: Dondurmanı dondurucuda təxminən 1 ay saxlamaq olar.

 

Əminə Bayramova

Tarix: 27 İyul 2026, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin