BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət almış qızıl alverçinin işi ilə bağlı qərar ləğv edildi, işə yenidən baxılacaq

Ali Məhkəmədə qızıl alveri adı ilə dələduzluqda təqsirləndirilən Balaxanım Atakişiyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


İttihama görə, B.Atakişiyeva Bakı və Sumqayıt şəhərlərində qızıl alveri ilə məşğul olub. O, "Moskva" univermağında işləyən Minarə İbayeva ilə alver etməyə başlayıb.
 

B.Atakişiyeva vaxtaşırı Minarədən topdansatış qiymətinə qızıl-zinət əşyaları alaraq satıb, pulunu verib. Minarənin etibarını qazanan B.Atakişiyeva bir müddətdən sonra ondan yüksək məbləğdə qızıllar götürüb satıb, sonra pulunu verib.


Sonuncu dəfə o, Minarədən, onun oğlu və kürəkənindən ümumilikdə 62 min manatlıq qızıl-zinət əşyaları götürsə də, həmin qızılların pulunu qaytarmayıb. O, bir müddət Minarəni arxayın edib ki, həmin pulun əvəzinə ona "Toyota Prado" markalı avtomobil verəcək. Lakin o, həmin avtomobili Minarəyə verməyib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində B.Atakişiyeva saxlanılmışdı. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun təqsiri sübuta yetirilməyib və bəraət alıb. Hökmdən narazı qalan zərərçəkmiş tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
 

Kamal Məmmədov 

Tarix: 27 İyul 2026, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin