Abşeron Rayon Məhkəməsində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədə və xuliqanlıqda təqsirləndirilən Xəlil İmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elvin Teymur-Zadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu zərərçəkmiş Lalə Əmirova (adı, soyadı şərtidir) ilə "WhatsApp" üzərindən yazışmalar aparıb və bu müddətdə onu dəfələrlə ölümlə hədələyib. Buna baxmayaraq, o, spirtli içki qəbul etdikdən sonra telefonla zərərçəkmiş şəxslə əlaqə saxlayaraq peşman olduğunu, bağışlanmaq istədiyini bildirib və qadını Abşeron rayonu, Xırdalan şəhərində görüşə dəvət edib.
İstintaqın iddiasına görə, Lalə azyaşlı qızı ilə birlikdə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Rahat Shop” mağazasının qarşısına gəlib. Xəlil İmanov qadının görüşə uşağı ilə gəlməsindən narazı qalıb və onun guya pulunu mənimsəməsini, telefon zənglərinə cavab verməməsini, eləcə də nömrəsini bloklamasını bəhanə gətirərək mübahisə yaradıb. O, üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq Lalənin üzərinə gedib, onu real əsaslarla ölümlə hədələyib. Bildirilir ki, təqsirləndirilən şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib, ətrafda olan insanların gözü qarşısında qadına qarşı zor tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan hərəkətlər edib.
Cinayət işinin materiallarında qeyd olunur ki, qadın bıçaqla vurulacağından ehtiyat edərək azyaşlı qızı ilə birlikdə mağazaya qaçıb. Xəlil isə onların ardınca mağazaya daxil olaraq əlindəki bıçaqla Laləyə hücum etməyə cəhd göstərib.
Hadisəyə müdaxilə etmək istəyən mağazanın müdiri, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) də insidentin iştirakçısına çevrilib.
Belə ki, mağaza müdiri tərəfləri ayırmağa və təqsirləndirilən şəxsi sakitləşdirməyə çalışarkən Xəlil S.S.-i kənara itələyərək müqavimət göstərib və ona fiziki ağrı yetirib. Təqsirləndirilən şəxsin hərəkətləri təxminən beş dəqiqə davam edib və bu müddət ərzində mağazada, eləcə də ətraf ərazidə olan çoxsaylı insanların rahatlığı və dincliyi pozulub.
İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilən xuliqanlıq) maddələri ilə tövsif edib.
Hazırlıq iclasında dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin olunması üçün kifayət qədər əsasların olduğunu bildirib. O, istintaq zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmadığını, işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd edərək, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması şərti ilə işin məhkəmə baxışına təyin edilməsini xahiş edib.
Xəlil İmanov məhkəmədə işin baxışa təyin olunmasına etiraz etmədiyini deyib. Onun müdafiəçisi də müdafiə etdiyi şəxsin mövqeyini dəstəkləyərək işin mahiyyəti üzrə baxılmasına etiraz etməyib.
Bununla belə, məhkəmə cinayət işinin materiallarını araşdırdıqdan sonra fərqli nəticəyə gəlib. Məhkəmə hesab edib ki, mövcud prosessual çatışmazlıqlar səbəbindən işə mahiyyəti üzrə baxılması mümkün deyil.
Qərara əsasən, Xəlil İmanovun Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 1 ay 7 gün uzadaraq müəyyən edilmiş tarixədək qüvvədə saxlayıb.
Kamal Məmmədov
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin