BURADA REKLAMINIZ OLA
BİLƏR

Fermentləşdirilmiş qidalar niyə sağlam hesab olunur?

Fermentləşdirilmiş qidalar son illərdə sağlam qidalanmanın vacib hissələrindən biri kimi geniş yayılıb.


Pravda.az bildirir ki, bu məhsullar bağırsaq mikrobiotasını dəstəkləyə, həzmi yaxşılaşdıra və immun sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir.


Yoqurt, kefir, duzlu su ilə hazırlanmış turşular fermentləşdirilmiş qidalar sırasındadır. Bu məhsulların balanslı şəkildə qəbulu bağırsaq mikrobiomunun müxtəlifliyini artırmağa kömək edə bilər.
Bununla belə, bütün fermentləşdirilmiş qidalar probiotik sayılmır. Pasterizə edilmiş məhsullarda faydalı canlı bakteriyaların əksəriyyəti məhv olur.


Fermentləşdirilmiş qidalar müalicə vasitəsi deyil və hər insanda eyni təsiri göstərmir. İmmun sistemi zəif olan şəxslər, ağır bağırsaq xəstəlikləri olanlar və digər risk qrupları bu məhsulları qidalanmalarına daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Bundan əlavə, ev şəraitində hazırlanan fermentləşdirilmiş qidaların gigiyenik qaydalara uyğun hazırlanması xüsusi əhəmiyyət daşıyır.


Əminə Bayramova 

Tarix: 27 İyul 2026, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin