BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdə Rayon Mərkəzi Xəstəxanasında yaralıları əməliyyat etmirlər – TƏBİB-dən açıqlama

Sosial şəbəkələrdə Bərdə Rayon Mərkəzi Xəstəxanası ilə bağlı şikayət videosu paylaşılıb. Yayılan görüntülərdə zərərçəkənin yaxını xəstəxanada yalnız bir cərrahın olduğunu, bu səbəbdən qəza nəticəsində gətirilən yaralı insanların əməliyyat edilmədiyini bildirib.

 

İddialarla bağlı TƏBİB-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 25.07.2026-cı il tarixində saat 18:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış bir neçə şəxs, eyni zamanda digər təxirəsalınmaz tibbi yardım tələb edən pasiyentlər müraciət ediblər.

 

“Hadisə qeyri-iş saatlarında baş verdiyindən tibbi xidmət təsdiq edilmiş növbətçilik qrafikinə uyğun olaraq növbətçi həkim heyəti tərəfindən həyata keçirilmiş, bütün müraciətlər triaj (prioritetlik) prinsiplərinə əsasən qiymətləndirilərək zəruri tibbi müdaxilələr vaxtında icra olunub. Hadisə zamanı xəstəxananın iki cərrahı həyati təhlükəsi olan pasiyent üzərində əməliyyat apardığından onların digər tibbi xidmətə cəlb edilməsi mümkün olmayıb. Bununla yanaşı, eyni anda daxil olan müraciətlərin sayı çox olanda zərurət yaranarsa, müvafiq ixtisaslar üzrə həkimlər operativ şəkildə tibbi xidmətə cəlb olunur”, - deyə məlumatda qeyd edilib.

 

Şəhanə Qədirli

Tarix: 27 İyul 2026, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin