BURADA REKLAMINIZ OLA
BİLƏR

Sobada badımcan kababı – dadı ilə hər kəsi heyran edən resept

Badımcan kababı Azərbaycan mətbəxində sevilən, həm gündəlik süfrələrə, həm də qonaqlıq menyularına yaraşan ləzzətli yeməklərdəndir.


Pravda.az bildirir ki, yumşaq badımcan, şirəli qiyməli küftə və sobada bişən tərəvəzlərin mükəmməl ahəngi bu yeməyi daha da iştahaçan edir.


Lazım olan ərzaqlar


Küftə üçün:


500 q orta yağlı mal əti qiyməsi
1 kiçik soğan (rəndələnmiş)
2 diş sarımsaq (əzilmiş)
2 xörək qaşığı suxarı ovuntusu
Bir az xırda doğranmış cəfəri
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz


Digər ərzaqlar:

 

4 orta ölçülü badımcan
3 pomidor
1 baş soğan
3 yaşıl bibər
2 xörək qaşığı zeytun yağı


Sous üçün:

 

1 desert qaşığı bibər tomatı

1 desert qaşığı pomidor tomatı
100 ml su
2 xörək qaşığı zeytun yağı
 

Hazırlanması


Qiyməni rəndələnmiş soğan, əzilmiş sarımsaq, suxarı ovuntusu, cəfəri və ədviyyatlarla birlikdə yaxşıca yoğurun. Hazır qarışıqdan qoz böyüklüyündə küftələr düzəldin.


Sobanı əvvəlcədən 200°C-yə qədər qızdırın. Soba qabını zeytun yağı ilə yağlayın. Badımcanları iri dairələr şəklində doğrayın və yüngülcə yağlayın. Küftə və badımcanları növbə ilə düzərək aralarına iri doğranmış pomidor və soğan yerləşdirin.


Sous üçün bibər tomatı, pomidor tomatı, su və zeytun yağını qarışdırın, yeməyin üzərinə əlavə edin. Qabın üzərini isladılmış soba kağızı ilə örtərək 40 dəqiqə bişirin. Daha sonra kağızı götürün, iri doğranmış yaşıl bibərləri əlavə edin və yeməyin üstü qızarana qədər təxminən 20 dəqiqə də sobada saxlayın.


Badımcan kababını isti halda lavaş və ya təzə çörəklə süfrəyə verə bilərsiniz.


Əminə Bayramova 

Tarix: 28 İyul 2026, 03:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin