BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarət üçün 2.2 milyon ayırdı

Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarət “Attenti” elektron monitorinq proqram məhsullarının, informasiya-kommunikasiya avadanlığının və şəbəkə infrastrukturunun 2026-cı ildə saxlanılmasına 2 214 320 AZN xərcləyəcək.

 

Pravda.az xəbər verir ki, xidmətlərə görə vəsait “Pangea Road İnnovations” MMC ödəniləcək.

 

Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Orxan Musa oğlu Abbasovdur.

 

Cabir

Tarix: 27 İyul 2026, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin