Gəncə Ağır Cinayətlər Məhkəməsində piyadanı vuraraq öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Hüseyn Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.
İttihama görə, hadisə 2025-ci il 13 oktyabr tarixində saat 18:15 radələrində Gəncə şəhərində baş verib.
Hüseyn Məmmədov sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Mercedes-Benz E320" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olub. O, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçib. Hadisə zamanı maşın təxminən 30 km/saat sürətlə hərəkətdə olub.
İstintaqla müəyyən edilib ki, Hüseyn Məmmədovun svetoforun yaşıl işığı ilə hərəkət etsə də, qanunun tələb etdiyi kimi yolayrıcını keçməkdə olan piyadaya yol verməyib. Məhz bu ehtiyatsızlıq nəticəsində o, yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurub.
Sürücünün qəzanın qarşısını almaq üçün texniki imkanı olduğu halda, Hüseyn Məmmədov lazımi diqqət və ehtiyatlılıq göstərməyərək hadisənin baş verməsinə şərait yaradıb.
Qəza nəticəsində piyada Mehriban Quliyeva son dərəcə ağır xəsarətlər alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, piyada aldığı ağır xəsarətlər səbəbindən 4 gün sonra müalicə aldığı Gəncə şəhər Abbas Səhhət adına şəhər xəstəxanasında vəfat edib.
İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən şəxs qəzanı törətdikdən sonra qanunun tələb etdiyi öhdəlikləri də yerinə yetirməyib. O, avtomobili saxlamayıb, qəza dayanma nişanı qoymayıb, qəza işıq siqnallarını yandırmayıb, zərərçəkmişə ilk tibbi yardım göstərməyib, təcili tibbi yardım və polisə məlumat verməyib. Bunun əvəzinə hadisə yerini tərk edərək qaçıb.
Məhkəmə araşdırması zamanı qeyd olunub ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü hadisə yerini tərk etməməli, zərərçəkənə yardım göstərməli və hüquq-mühafizə orqanlarının gəlməsini gözləməlidir. Hüseyn Məmmədov isə bu tələblərin heç birinə əməl etməyib.
İş üzrə toplanmış sübutlar, ekspertiza rəyləri, şahid ifadələri və digər materiallar məhkəmə tərəfindən araşdırılıb və hadisənin başvermə şəraiti hüquqi qiymətləndirilib.
Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və qəzadan sonra hadisə yerini tərk etməklə qanunvericiliyin tələblərini pozub.
Kamal Məmmədov
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin