BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

 

Bu barədə Pravda.az-a BŞTİ-dən məlumat verilib.

 

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

 

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

 

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

 

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

 

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

 

Bakı şəhəri "Zəngi" liseyi

 

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

 

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

Tarix: 28 İyul 2026, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin