BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta botoks iddialarına AEM-dən CAVAB

Son zamanlar saxta botoksdan zəhərlənənlərin sayı artıb. Belə ki, bir çox qadınların botoks prosedurundan sonra iflic vəziyyətinə düşdüyünü bildirən paylaşımlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, baş verənlər kosmetoloq işi ilə bağlı deyil, may ayında gələn botoks preparatlarının saxta olması ilə əlaqədardır.

 

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sonuncu dəfə Azərbaycan Respublikasına "Clostridium botulinum toxin type A" tərkibli dərman vasitəsi iyun ayında idxal edilib.

 

Qeyd edilib ki, may ayında bu tərkibli dərman vasitəsi ölkəyə idxal edilməyib.

 

“Sosial şəbəkələrdə mövcud olan məlumatlarda dərman vasitəsinin ticarət adı bildirilməyib. Dövlət qeydiyyatı mövcud olan və rəsmi şəkildə ölkəyə idxal edilən bu tərkibli dərman vasitələrinin keyfiyyəti ilə bağlı problem haqqında Mərkəzə müraciət daxil olmayıb. Bu dərman vasitələrinin ölkəyə rəsmi şəkildə idxalı zamanı ekspertiza aparılarkən yoxlanılmış keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilməyib. Əgər hər hansı vətəndaş və ya həkim sözügedən vasitənin keyfiyyətindən narazıdırsa, müraciət olunduğu təqdirdə AEM təmənnasız olaraq ölkəyə yalnız rəsmi yolla idxal edilən istənilən vasitənin laborator analiznini keçirib nəticəsi barədə şikayətçiyə məlumat verməyə hazırdır” - məlumatda bildirilib.

 

Şəhanə Qədirli

Tarix: 28 İyul 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin