BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “İraqda İranın Prezidenti çıxış edir, İranın televiziyası göstərmir, iki hakimiyyətlilik yaranıb”

“Açıq-aşkar bəllidir ki, İranda hakimiyyət bölgüsü var. Ali dini rəhbər İranın bütün məsələlərinə rəhbərlik edir, hazırda təhlükəsizlik səbəbindən gözə görünmür, amma adından bəyanatlar var. Maraqlıdır ki, SEPAH nəinki gizli iqtisadiyyata, həm də mediaya rəhbərlik edir. Təsəvvür edin, İraqda İranın Prezidenti çıxış edir, İranın televiziyası göstərmir. İranda çox böyük iki hakimiyyətlilik yaranıb. Prezidentin, parlament rəhbərinin, xarici işlər nazirinin simasında Azərbaycana dost münasibət sərgilənir. Əsas hakimiyyət dini qurumların, SEPAH-ın əlində olduğu üçün hərbi vəziyyəti əldə əsas tutaraq bir sıra dövlətlərə, o cümlədən Azərbaycana qarşı hücuma keçirlər. Azərbaycanla birgə Əfqanıstan və digər dövlətlərin də media orqanları qara siyahıya salınıb. Bu, yaxşı iş deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

T.Kərimli qeyd edib ki, İranın Azərbaycana qarşı mövqeyində yanlışlıqlar var: “İran yaxşı başa düşür ki, İsrailin köməyi zəruri idi, amma hər bir halda İsrail düşmən Ermənistana kömək etmirdi, dost Azərbaycana kömək edirdi. İndi İranda Yunanıstanın və digər dövlətlərin hökmdarlarının adına küçələr də var, hətta heykəllər də. Türk hökmdarlarından isə birinin də adına nəsə yoxdur. Belə olmaz! Bu, ikili, doğru olmayan münasibətdir. Azərbaycan həmişə İranla mehriban münasibətləri saxlayır. Prezident İlham Əliyev bunu daim dilə gətirir. Azərbaycanın xarici işlər naziri dəfələrlə İrana səfər edib, dövlətimizin mövqeyini ifadə edib. Azərbaycan dövlətinin, hökumətinin münasibəti aydındır. Azərbaycan İran-İsrail-Amerika müharibəsinə qoşulmur. Heç kəsin tərəfini saxlamır. Ancaq sülh, mehribanlıq olmasını istəyir. İran çalışmalıdır ki, Türkiyə-Azərbaycan-İran üçbucağı ətrafında da Pakistan və digər dövlətlərin güclü dostluq alyansı yaransın. Xaricdən gələn təcavüzlərə qarşı birgə ola bilsinlər, ən azından media sahəsində...”

 

Aytəkin Qardaşova

Tarix: 28 İyul 2026, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin