BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyindən Elşad Xose ilə bağlı AÇIQLAMA

Tanınmış reper Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi və səhhətinin ağır olduğu barədə iddialar yayılıb.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyininin mətbuat xidmətindən verilən məlumata görə, fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur:

 

 "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur. Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər". AZXEBER.COM

Tarix: 28 İyul 2026, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin