BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın həyat yoldaşı sosial şəbəkə üzərindən təhdidlər aldığını bildirib, prokurorluq araşdırmalara başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıq problemi ilə bağlı ictimai açıqlamalarından sonra ünvanına təhdidlər aldığını bəyan edib.

 

"Armenpress" xəbər verir ki, Anna Akopyan bildirib ki, hüquq-mühafizə orqanları buna yol verməməlidir.

 

“Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək. Çünki ölkənin birinci xanımına qarşı zorakılıq baş verərsə, bu, Ermənistanın nüfuzuna ciddi zərbə vuracaq”, – deyə o vurğulayıb.

 

Ermənistan Baş Prokurorluğundan faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.

 

Qurumdan bildirilib ki, araşdırmalara start verilib, lakin istintaqın maraqları nəzərə alınaraq əlavə təfərrüatlar açıqlanmayıb.APA

Tarix: 28 İyul 2026, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin