BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Dəmir Yolları”na keytrinq xidməti göstərən şirkətin 180 mindən artıq vergi borcu var

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sərnişin qatarlarında keytrinq xidmətləri (qida və içki təminatı) göstərən şirkətin – “Private Facility Management” (PFM) MMC-nin dövlətə borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC-nin 183 308 AZN vergi borcu var.

 

Şirkətin qanuni təmsilçisi Cavid Elşad oğlu İsgəndərovdur.

 

“Private Facility Management” ADY-dən əlavə, “Aztelekom” MMC-yə, “Azercell” MMC-yə, “Bakubus” MMC-yə, Sumqayıt Texnologiyalar Parkına və başqa qurumlara xidmət göstərir. Dövlət şirkətlərinə göstərilən xidmətlərlə əlaqədar tenderlərin keçirilib-keçirilməməsi ilə bağlı isə məlumatlar yoxdur.

 

Xəyal

Tarix: 29 İyul 2026, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin