BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı: "Hicablı qadınların xüsusi qapalı çimərlik geyimlərindən istifadə etməsi məqsədəuyğundur"

Son illər hicablı qadınlar üçün xüsusi hazırlanmış çimərlik geyimlərinin geniş şəkildə satılması cəmiyyətdə müxtəlif suallar doğurur. Bədəni örtən bu geyimlərin istifadəsinin İslam baxımından hökmü, eləcə də hicablı qadının naməhrəmlərin olduğu çimərlikdə dənizə daxil olmasının dini cəhətdən nə dərəcədə doğru olduğu müzakirə mövzusuna çevrilib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, bəzi müsəlman ölkələrində dindar, hicablı qadınlar üçün ayrıca çimərlik nəzərdə tutulur.

 

T.İrfan bildirib ki, Azərbaycanda bu tip çimərliklər olmadığı üçün hamının eyni çimərlikdən istifadə etməsi ehtiyacı yaranır: “Hicablı qadınların xüsusi qapalı çimərlik geyimlərindən istifadə etməsi məqsədəuyğundur. Kişilərdə övrət yeri, yəni naməhrəmlərin görməməsi üçün nahiyə diz qapağı ilə qurşaq arası hissədir. Adətən kişilərin bir çoxu bu nahiyəni örtərək çimərlikdən istifadə edir. Əsasən qadınlar kişilərə deyil, çimərlikdə kişilər qadınlara nəzər salır. Odur ki, əsas qadınların xüsusi geyimdən istifadə etməsi lazımdır. Dənizdən, çimərlikdən hər kəsin bərabərhüquqlu şəkildə istifadə etmək haqqı var. Hicablı qadınların da inancından doğan tələblərə uyğun şərait olmalıdır. Belə bir şəraitin olmadığını nəzərə alaraq demək olar ki, çimərliklərində xüsusi qapalı geyimlərdən istifadə etməkdə heç bir problem yoxdur. Belə bir şey də yoxdur ki, qadın hicablıdırsa çimərliyə, dənizə gedə bilməz. Hicab bağlamaq özünü cəmiyyətdən təcrid etmək demək deyil. Bədən üzvlərini digərlərinə göstərməmək üçün xüsusi qapalı çimərlik geyimindən istifadə etməklə həm də öz inancından doğan tələblərə cavab vermiş olur”.

 

Şəhanə Qədirli

Tarix: 29 İyul 2026, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin