BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda qəza - ÖLƏNLƏR VAR

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub.

Sumqayıtda qəzada ölən şəxslərin şəxsiyyəti dəqiqləşib. Bunlar 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu (sürücü) və 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğludur (sərnişin). Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 17 Dekabr 2019, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin