BURADA REKLAMINIZ OLA
BİLƏR

Hovuz və dənizdən qorxan uşağa necə yanaşmaq lazımdır?

Kiçik yaşlı uşaqlarda sudan qorxmaq normal haldır və bu qorxuya görə onları məcbur etmək düzgün deyil.

 

Pravda.az bildirir ki, valideynlər uşağın hisslərini anlayışla qarşılamalı, ona təzyiq göstərməməli və suya tədricən alışmasına şərait yaratmalıdırlar.

 

Təhlükəsizlik vasitələri – qolçaqlar, üzmə jiletləri və digər köməkçi avadanlıqlar – uşağın özünü daha güvənli hiss etməsinə kömək etsə də, onlar valideyn nəzarətini əvəz etmir. Mütəxəssislər uşağın hər zaman yaxın məsafədən izlənilməsini tövsiyə edirlər.

 

Bundan əlavə, uşağın evdə vannada su ilə rahat ünsiyyət qurmasına imkan yaratmaq, üzünü suya salmaq və sadə hərəkətləri məşq etdirmək qorxunun azalmasına kömək edə bilər. Fiziki və emosional baxımdan hazır olan, 1 yaşdan yuxarı uşaqlar üçün üzgüçülük dərsləri dəstəklənsə də, bunun boğulma riskini tam aradan qaldırmadığı vurğulanır.

 

Əminə Bayramova

Tarix: 29 İyul 2026, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin