BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşlanmanı ləngidən ideal yuxu müddəti açıqlandı

Sağlam və keyfiyyətli yuxunun orqanizmin bərpası, beyin fəaliyyətinin qorunması və yaşlanma prosesinin ləngiməsində mühüm rol oynadığını bildirilir.

 

Pravda.az qeyd edir ki, araşdırmalara görə, gecə 7–8 saat yatmaq həm fiziki, həm də zehni sağlamlıq üçün ən optimal yuxu müddəti hesab edilir.

 

Vurğulanır ki, 6 saatdan az və ya 8 saatdan xeyli çox yatmaq ürək-damar xəstəlikləri, yaddaş problemləri və erkən bioloji yaşlanma riski ilə əlaqələndirilə bilər. Yuxunun təkcə müddəti deyil, keyfiyyətinin də vacib olduğu qeyd olunur.

 

Sağlam həyat tərzi, müntəzəm yuxu rejimi və kifayət qədər istirahət orqanizmin daha uzun müddət gənc və sağlam qalmasına töhfə verən əsas amillər arasında göstərilir.

 

Əminə Bayramova

Tarix: 29 İyul 2026, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin