BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeməkdən sonra niyə yuxumuz gəlir?

Yeməkdən sonra yuxululuq hissi bir çox insanda müşahidə olunan təbii haldır.

 

Pravda.az bildirir ki, qida qəbulundan sonra orqanizm həzm prosesinə daha çox enerji sərf edir. Bu zaman qan dövranı həzm sistemində aktivləşir, qan şəkəri və bəzi hormonların səviyyəsində baş verən dəyişikliklər isə insanın özünü yorğun və yuxulu hiss etməsinə səbəb ola bilər.

 

Xüsusilə yağlı, karbohidratla zəngin və böyük porsiyalarda qəbul edilən yeməklər yuxululuq hissini daha da gücləndirir. Eyni zamanda az hərəkət etmək və qeyri-kafi gecə yuxusu da bu vəziyyəti artıran amillər sırasındadır.

 

Yeməkdən sonra halsızlığın qarşısını almaq üçün kiçik porsiyalarla qidalanmaq, balanslı rasion seçmək, kifayət qədər su içmək və qısa müddətli gəzinti etmək tövsiyə edilir. Lakin yeməkdən sonra həddindən artıq yuxululuq və yorğunluq davamlı xarakter alarsa, bu, diabet, qanazlığı və ya qalxanabənzər vəzin funksional pozğunluğu kimi sağlamlıq problemlərinin əlaməti ola bilər. Belə hallarda həkimə müraciət etmək tövsiyə edilir.

 

Əminə Bayramova

Tarix: 29 İyul 2026, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin