BURADA REKLAMINIZ OLA
BİLƏR

1400-dən artıq insan orqan və toxuma transplantasiyası üçün növbədədir - RƏSMİ

Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.

 

Pravda.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:

 

"Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır".

Tarix: 29 İyul 2026, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin