BURADA REKLAMINIZ OLA
BİLƏR

Azadxanova yaxın olan şəxslər də işdən çıxarıldı

Sumqayıt Tibb Mərkəzində bir neçə vəzifəli şəxsin işdən azad edildiyi bildirilir.

 

Məlumata görə, mərkəzdə Dəstək Xidmətləri şöbəsinin müdiri Fərid Səmədov, Xəstə Xidmətləri şöbəsinin müdiri Leyla Sədiyeva və direktorun köməkçisi Ülkər Əzimova da işdən çıxarılıblar.

 

Qeyd olunub ki, sözügedən şəxslər rəhbərliyin ən yaxın əməkdaşları sırasında olublar.

 

Xatırladaq ki, TƏBİB-in icraçı direktorunun müvafiq əmri ilə Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edən Elnur Azadxanov tutduğu postdan uzaqlaşdırılıb.

 

Hələlik onun bu vəzifədən hansı səbəbdən azad edildiyi barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.

Tarix: 29 İyul 2026, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin