Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən istifadə etməklə Türkiyəyə apararaq cinsi istismara məruz qoyub.
Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1 (iki və ya daha çox şəxs barəsində insan alveri), 144-1.2.2 (təkrar insan alveri), 144-1.2.4-1 (zəif vəziyyətdən istifadə etməklə insan alveri) və 144-3.4-cü (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında tanışı olan zərərçəkmiş qadınlardan birinə Türkiyənin Iğdır şəhərində imkanlı şəxslə ailə quracağını vəd edərək onu razı salıb. O, qadının bütün yol xərclərini ödəyərək Sədərək sərhəd-keçid məntəqəsindən Türkiyəyə aparıb. Iğdır şəhərində kirayə mənzilə yerləşdirilən qadının pasportu onun əlindən alınaraq saxlanılıb. Daha sonra isə həmin qadının müxtəlif kişi müştəriləri ilə pul müqabilində görüşdürülməsi və cinsi əlaqəyə məcbur edilməsinin təşkil edildiyi bildirilir. İstintaqın qənaətinə görə, bu yolla zərərçəkmiş şəxs bir neçə ay ərzində cinsi istismara məruz qalıb.
İttiham aktında qeyd olunur ki, Mənsimə Cəlilova eyni dövrdə başqa bir qadına isə Türkiyədə yüksək maaşlı iş tapacağını vəd edib. O da eyni qaydada Sədərək sərhəd-keçid məntəqəsindən Iğdır şəhərinə aparılıb. Həmin qadının da pasportu alınaraq saxlanılıb və müxtəlif ünvanlarda kişi müştəriləri ilə pul qarşılığında görüşdürülməsi təşkil edilib.
İstintaq hesab edir ki, bununla təqsirləndirilən şəxs iki nəfər barəsində təkrar insan alveri cinayətini törədib.
İttihamda göstərilir ki, sonradan həmin qadınlardan biri Türkiyədə baş verənləri yaxınlarına açıqlayacağı ilə hədələnib. Mənsimə Cəlilovanın onun əvvəlki fəaliyyətini ailə üzvləri və tanışları arasında yayacağı ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində zərərçəkmiş yenidən Türkiyəyə getməyə məcbur olub.
Məhkəmə sənədlərinə görə, qadın ikinci dəfə də Iğdır şəhərinə aparılıb, pasportu götürülərək uzun müddət müxtəlif kişi müştərilərinə təqdim olunub və cinsi istismara məruz qalıb.
Bundan başqa, oxşar üsulla daha bir qadın 2018-ci ilin yazında Türkiyədə yüksək maaşlı iş vədi ilə aldadılıb. Yol xərcləri ödənilərək Iğdır şəhərinə aparılan qadının burada müxtəlif kişi müştəriləri ilə pul qarşılığında görüşdürülməsi təşkil olunub və o da cinsi istismara məruz qalıb.
Beləliklə, istintaq orqanı hesab edir ki, Mənsimə Cəlilova müxtəlif illərdə bir neçə qadını aldatmaq, hədə-qorxu gəlmək və onların zəif vəziyyətindən istifadə etməklə insan alveri məqsədilə xarici ölkəyə aparıb, onların pasportlarını qanunsuz olaraq götürərək saxlayıb və cinsi istismarını təşkil edib.
Məhkəmə iclasında ifadə verən Mənsimə Cəlilova özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş şəxslərlə əvvəllər qonşuluq münasibətləri olub və onları heç vaxt Türkiyəyə aparmayıb.
Kamal Məmmədov
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin