Bakı Apellyasiya Məhkəməsində etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən xeyli və külli miqdarda özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən təqsirləndirilən Əbdül Əmirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Əbdül Əmirov müxtəlif vaxtlarda vətəndaşların etibarını qazanaraq onlara yüksək gəlir gətirəcək biznes layihələri, xaricdən tibbi avadanlıqların gətirilməsi, ağır xəstəliklərin müalicəsi, əlillik dərəcəsinin təyin və ya bərpası, pensiya düzəldilməsi, dövlət qurumlarında işə qəbul, eləcə də dövlət orqanlarında yaranmış problemlərin həlli ilə bağlı yalan vədlər verib. Bu üsulla o, çoxsaylı şəxslərdən ümumilikdə yüz minlərlə manat məbləğində pul və digər əmlak əldə edib.
İş materiallarına əsasən, ilk epizodlardan birində təqsirləndirilən şəxs tanışı ilə tibbi avadanlıqların xarici ölkədən gətirilərək Azərbaycanda satılması barədə razılıq əldə edəcəklərini bildirərək onu yüksək qazanc əldə edəcəyinə inandırıb. Bu məqsədlə zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) əvvəlcə 19 000 ABŞ dolları dəyərində "Nissan Navara" markalı avtomobilini formal alqı-satqı yolu ilə sataraq əldə etdiyi vəsaiti, daha sonra isə əlavə 20 000 ABŞ dollarını təqsirləndirilən şəxsə təqdim edib. Nəticədə zərərçəkmişə ümumilikdə 66 300 manat məbləğində maddi ziyan vurulub.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs eyni üsulla başqa bir zərərçəkmiş R.R.-i (adı, soyadı şərtidir) də tibbi avadanlıq biznesinə investisiya yatırmağa razı salaraq ondan 25 000 ABŞ dolları, yəni 42 500 manat məbləğində pul alıb. Lakin vəd etdiyi fəaliyyəti həyata keçirməyərək həmin vəsaiti mənimsəyib.
Cinayət işində yer alan digər epizoda görə, Əbdül Əmirov Hepatit C xəstəliyindən əziyyət çəkən bir vətəndaşa onu tam müalicə etdirəcəyini bildirib və bu məqsədlə 10 000 ABŞ dolları alıb. Sonradan eyni zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) oğlunu hüquq-mühafizə orqanlarının birində işə düzəldəcəyini və həyat yoldaşının Dövlət Vergi Xidmətində yaranmış problemini həll etdirəcəyini vəd edərək əlavə 23 000 manat əldə edib. Beləliklə, həmin zərərçəkmişə ümumilikdə 40 000 manat məbləğində maddi ziyan vurulub.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, təqsirləndirilən şəxs Gədəbəy rayon sakininə həyat yoldaşının ikinci qrup əlilliyinin bərpa olunacağını və pensiya təyin ediləcəyini vəd edərək müxtəlif vaxtlarda ondan ümumilikdə 4 500 manat pul alıb. Bundan başqa, Salyan rayonunda yaşayan bir neçə vətəndaşı da analarına və həyat yoldaşlarına əlillik və pensiya düzəldəcəyini, eləcə də müxtəlif xəstəliklərin müalicəsini təşkil edəcəyini bildirərək aldadıb və onlardan müxtəlif məbləğlərdə pul vəsaiti əldə edib.
İş materiallarına əsasən, Salyan şəhərində yaşayan bir zərərçəkmişdən anasına ikinci qrup əlillik təyin etdirəcəyi adı ilə 2 000 manat, digərindən atasının onkoloji xəstəliyini müalicə etdirəcəyi bəhanəsi ilə 1 500 manat, başqa bir şəxsdən xəstəliyinə görə təqaüd düzəldəcəyini bildirərək 2 250 manat, daha bir zərərçəkmişdən isə həyat yoldaşına pensiya təyin etdirəcəyi adı ilə 1 000 manat alıb.
Cinayət işi üzrə ən iri epizodlardan biri Bərdə rayon sakini ilə bağlı olub.
Belə ki, Əbdül Əmirov zərərçəkmiş Y.Y-yə (adı, soyadı şərtidir) yaxın qohumunun xəstəliyi ilə bağlı problemləri həll edəcəyinə inandıraraq müxtəlif tarixlərdə həm nağd, həm də ödəniş terminalları vasitəsilə ümumilikdə 10 920 manat pul vəsaiti əldə edib.
Bundan əlavə, digər bir Bərdə rayon sakininə dayısının pensiyasını bərpa etdirəcəyini vəd edərək müxtəlif vaxtlarda ümumilikdə 3 000 manat pul alıb.
Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar, zərərçəkmiş şəxslərin ifadələri, maliyyə əməliyyatlarını təsdiq edən sənədlər, ödəniş terminallarına dair məlumatlar və digər sübutlar əsasında təqsirləndirilən şəxsin etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən xeyli və külli miqdarda özgənin əmlakını ələ keçirməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbdül Əmirov dələduzluq cinayətlərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Kamal Məmmədov
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin