BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüksək vəzifəyə təyin olunan Cəbi Quliyev kimdir? - DOSYE

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyin edilən Cəbi Quliyev 29 avqust 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ağbulaq kəndində anadan olub.

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsini, həmçinin həmin ali təhsil ocağında Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsini bitirib. Hazırda Naxçıvan Dövlət Universitetinin dissertantıdır. İngilis və rus dillərini bilir.

 

2012–2013-cü illərdə həqiqi hərbi xidmət keçib.

 

Əmək fəaliyyətinə 2013-cü ildə Naxçıvan Özəl Universitetində baş laborant kimi başlayıb. 2014-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.

 

2018-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

 

2020–2024-cü illərdə 7 saylı Ordubad–Culfa seçki dairəsi üzrə Milli Məclisin deputatı olub.

 

Son olaraq Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

 

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyin edilib.

Tarix: 30 İyul 2026, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin