BURADA REKLAMINIZ OLA
BİLƏR

SEPAH ABŞ bazalarını vuracağını açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son zərbələrindən sonra təcavüzkarı bu gün cəzalandıracağını bəyan edib.

 

“Fars” agentliyi bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.

 

"Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq", - bəyanatda deyilir.

 

SEPAH-ın bu bəyanatı ABŞ-ın gecə saatlarında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra səsləndirilib.

 

ABŞ rəsmiləri İran ərazisindəki SEPAH hədəflərinə "güclü" zərbələr endirildiyini açıqlayıblar. Məlumata görə, Qeşm, Kiş, Bəndər-Abbas, Abadan və Buşəhr şəhərlərində partlayış səsləri eşidilib.

 

İran rəsmilərinin məlumatına görə, Qeşmdə yaşayış binasına endirilən zərbə nəticəsində bir cütlük və onların iki yaşlı övladı ölüb, daha iki uşaq yaralanıb.APA

Tarix: 30 İyul 2026, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin