BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarğıdalı saçağı çayının faydaları nələrdir?

Adətən tullantı kimi atılan qarğıdalı saçağından hazırlanan çay sağlamlığa faydalı xüsusiyyətləri ilə diqqət çəkir.


Pravda.az bildirir ki, tərkibində antioksidantlar, flavonoidlər, kalium və digər faydalı bitki birləşmələri olan bu çay orqanizmdən artıq mayenin xaric edilməsinə kömək edərək ödemin azalmasını dəstəkləyə bilər.


Qarğıdalı saçağı çayının sidik yollarının normal fəaliyyətini və böyrək sağlamlığını dəstəklədiyi, antioksidant təsiri sayəsində isə hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək etdiyi bildirilir. Bununla belə, bu çay hər hansı xəstəliyin müalicəsi deyil, yalnız dəstəkləyici vasitə kimi istifadə olunmalıdır.


Qarğıdalı saçağı çayının həddindən artıq və uzunmüddətli istifadəsi orqanizmdə maye-elektrolit balansını poza bilər. Xüsusilə böyrək, ürək-damar və ya xroniki xəstəlikləri olan şəxslərin istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 30 İyul 2026, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin