BURADA REKLAMINIZ OLA
BİLƏR

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

 

Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Kərim Kərimovun Bakı şəhərində yaşadığı binaya (Zərgərpalan küçəsi, 16) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.

Tarix: 30 İyul 2026, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin