BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xırdalanda vəziyyət dözülməz həddədir, icra hakimiyyəti yer satmaqla məşğuldur"

“Xırdalanda faktiki olaraq maşınlar hərəkət edə bilmir. Bütün yollar təmirə ayrılıb”.

 

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev deyib.

 

S.Əliyev bildirib ki, onsuz da adi vaxtlar tıxac əlindən tərpənmək mümkün olmayan şəhərdə indi vəziyyət dözülməz həddədir: “Bir hissə bağlanıb, digər hissə isə bərbad gündədir. İcra Hakimiyyəti yer satmaqla məşğuldur. “Azərsu” ASC qaza-qaza gedir. Elə bil prezidentin pul ayırmasını gözləyirdi. Bir işi sistemli və səliqəli görməyi bacarmırlar. Mütləq camaata əziyyət verməlidirlər. Ölkədə normal məhkəmə sistemi olsaydı hər iki qurumundan maşınlara və insanların əsəblərinə vurduğu ziyana görə kompensasiya tələb etmək olardı. Təəssüf ki, nə məhkəmə sistemi, nə icra hakimiyyəti qolu, nə də kommunal xidmət göstərən qurumlar normal işləyir...”

 

 

 

 

 

 

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2019, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin