BURADA REKLAMINIZ OLA
BİLƏR

Daun sindromlu qadın deputat seçildi

İspaniyada ölkə siyasəti tarixində ilk dəfə Daun sindromlu qadın parlamentə seçilib.

 

Məlumata görə, Mar Qalseran İspaniya parlamentində deputat mandatı qazanan ilk Daun sindromlu qadın olaraq tarixə düşüb.

 

Uzun illər siyasətlə məşğul olan Qalseran bu uğura əzmi və fəaliyyəti nəticəsində nail olub.

 

Onun seçilməsi cəmiyyətdə inklüzivlik və bərabər imkanlar baxımından mühüm addım kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bu hadisə fərqli xüsusiyyətlərə malik insanların ictimai və siyasi həyatda daha geniş təmsil olunmasının vacibliyini göstərir.

 

Qeyd edək ki, Qalseranın nailiyyəti beynəlxalq medianın da diqqətini çəkib və sosial bərabərlik istiqamətində mühüm hadisə kimi dəyərləndirilir. Bakupost

Tarix: 30 İyul 2026, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin