BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdə ağcaqanad görmək istəmirsinizsə, bunları sınayın

Ev və bağda narahatlıq yaradan ağcaqanadlardan qorunmaq üçün bəzi təbii üsullardan istifadə etmək mümkündür. Ağcaqanadlar müəyyən qoxuları sevmədiyi üçün bu vasitələrdən istifadə etməklə onların yaxınlaşmasının qarşısını almaq olar.

 

Pravda.az bildirir ki, limon, nanə, reyhan, lavanda kimi ətirli bitkilər ağcaqanadları uzaqlaşdırmağa kömək edə bilər. Bu bitkilərin qoxusu həşəratların xoşuna gəlmədiyi üçün evdə və ya balkonda yetişdirilməsi faydalı hesab olunur.

 

Bundan əlavə, mixək, darçın, sarımsaq və qəhvə çöküntüsü kimi kəskin qoxulu məhsullardan da istifadə etmək mümkündür. Ağcaqanadların çoxalmaması üçün su yığıntılarını aradan qaldırmaq, pəncərə və qapılarda torlardan istifadə etmək də təsirli tədbirlərdəndir.

 

Əminə Bayramova

Tarix: 1 Avqust 2026, 04:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin