BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.

 

Səfirliyin “X” səhifəsində yaydığı məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına hazır olmalarını tövsiyə edilib.

 

"ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır. ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları anlamına gəlmir", – deyə səfirliyin xəbərdarlığında vurğulanıb.

 

Açıqlamada qeyd olunub ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan hücumlar həyata keçirib, həmçinin hücumlarının coğrafiyasını əvvəllər hədəf alınmayan ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.APA

Tarix: 1 Avqust 2026, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin