Son dönəmlər xaricdə yaşayan bəzi mühacirlərin müxtəlif beynəlxalq tədbirlərdə və ictimai məkanlarda Azərbaycan dövlət rəsmiləri ilə qarşılaşaraq onları kameralar qarşısında çətin vəziyyətə salmaq cəhdləri nəticəsiz qalır. Bu cür addımların əsas məqsədinin ictimai rezonans yaratmaq və sosial şəbəkələr üçün diqqətçəkən görüntülər əldə etmək olduğu açıq-aşkardır. Yayımlanan videolar göstərir ki, Azərbaycanın dövlət rəsmiləri bu qarşılaşmalardan yayınmır, əksinə, sualları təmkinlə dinləyir, mövqelərini əsaslandırmağa çalışır və polemikaya hazır olduqlarını nümayiş etdirirlər. Diqqət çəkən məqamlardan biri də budur ki, qarşılaşmalarda dövlət nümayəndələrinin soyuqqanlı davranışı və hazırcavab reaksiyaları tez-tez ictimai müzakirələrin mövzusuna çevrilir. Onlar emosional gərginliyə qapılmadan öz mövqelərini ifadə edir, verilən suallara operativ cavab verməyə çalışırlar. Bunun əksinə olaraq, bəzi mühacirlərin arqumentlərini şəxsi ittihamlar, təhqirlər və qarşı tərəfi təxribata çəkməyə yönəlmiş ifadələrlə müşayiət etməsi həmin müzakirələrin məzmununa dair tənqidi yanaşmaları da gücləndirir. Nəticədə, bu görüntüləri izləyənlər üçün əsas qiymətləndirmə meyarı kimin daha çox danışdığı deyil, kimin daha tutarlı arqumentlər və təmkinli davranış nümayiş etdirdiyi olur.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən siyasi şərhçi Azər Həsrət düşünür ki, bu praktikaya son qoymaq lazımdır, ədəbsiz adamlar haradasa küçənin ortasında öz küçə səviyyələrində dövlət qurumlarının rəsmilərinə müraciət edə bilməməlidirlər.

Azər Həsrətin fikrincə, bu cür müraciət üsulu seçmək ədəbsizlikdir: “Hansısa dövlət rəsmisi hansısa ölkənin hansısa şəhərində, mülki geyimdə işdən kənar küçədə gəzişirsə, uzaqdan çığıraraq ona sual vermək, yaxud müraciət etmək çox böyük tərbiyəsizlik, əxlaqsızlıqdır. İkincisi, Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirimiz Ceyhun Bayramov, həqiqətən də, çox böyük səbir sahibidirlər. Təbiidir, dövlət adamıdırlar. Şəxsən mən olsaydım, səbrimi basa biləcəyimə inanmıram. O adamın qulağının dibinə yaxşı şapalaq vuracaqdım ki, o cür tərbiyəsiz şəkildə müraciət edir... Hələ Almaniya kimi bir ölkədə bunu heç edə bilməməlidirlər. Düşünürəm, növbəti belə bir cəhd olacağı təqdirdə bizim rəsmilərimiz cavab vermək əvəzinə, olduqları ölkənin polisinə müraciət edib, bu cür tərbiyəsizliklərin qarşısını almalıdırlar. Almaniyadakı səfirimiz Nəsimi müəllim çox dəyərli insandır. Həmin an o, alman polisinə müraciət etməli idi. Heç kəsi icazəsiz çəkmək olmaz. Hələ işdən kənar bir naziri, Prezident köməkçisini, ümumiyyətlə, çəkmək olmaz. Bütün bunlara baxmayaraq, dediyim kimi, Hikmət Hacıyev də, Ceyhun Bayramov da kifayət qədər təmkin nümayiş etdirdilər. Onlara sual verən adama layiq olmadığı diqqəti göstərdilər. Görürəm ki, göstərilən diqqəti də bu tipli adamlar başqa yerə yozmağa başlayıblar. Buna görə də belələrinə heç vaxt cavab verilməməlidir. İkincisi, bunlar şantaj, yalan, böhtanla Azərbaycana bu cür hücumları davam etdirəcəkləri təqdirdə müvafiq tədbirlər görülməlidir. Üz göstərdikcə astar istəyirlər... Çox ədəbsiz tayfadırlar. Üstəlik, guya sual verən adam dini cəhətdən basqıya məruz qalıbmış və İranyönlüdür. Adama sual verərlər ki, sən İranyönlüsənsə, Azərbaycandan qaçmısansa, niyə İrana yox, Almaniyaya qaçmısan? Çünki bu adamları Tehran təlimatlandırır və Almaniyaya göndərir. Avropaya göndərir ki, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olsunlar. Sual verməyin və cavab almağın yeri və yöntəmi başqadır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, bəlli qrupların əli altında alət olan mühacirlər hər vəchlə Azərbaycana qarşı qarayaxma xətti tuturlar.

Ş.Həsənova qeyd edib ki, siyasi meydanda müxalifət olmaq, müxalif görüşlü olmaq başadüşülən məsələdir, lakin Vətənə və xalqa münasibətdə müxalif olmaq qəbulolunmazdır: “Bu baxımdan, onların arqumentlərində tutarlı fakt yoxdur. Önəmli məsələlərdən biri bundan ibarətdir ki, xalq, cəmiyyət hər dəfə onların simasını daha yaxından tanıyır. Çünki bu insanların ritorikası başdan-ayağa şantaj, söyüş və təhdid üzərində formalaşıb. Halbuki bunlara ehtiyac yoxdur. Dövlət rəsmiləri, hökumət nümayəndələri dəfələrlə onların qarşısına çıxır, suallarını cavablandırırlar. Yenə də görünür ki, onlar məsələləri və müzakirələri kontekstdən çıxararaq tamamilə səviyyəsiz bir hala gətirirlər. Təbii ki, bəzi məsələlərin dilə alınması tamamilə yolverilməzdir. Azərbaycana Zəfəri bəxş edən tarixi şəxsiyyət cənab Prezident İlham Əliyevdir. Məhz cənab Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin ideyalarını dəqiqliklə həyata keçirməsinin nəticəsidir ki, biz bugünkü reallıqda, dinc və sabit şəkildə yaşayırıq. Qanun çərçivəsində hər kəsin haqqı da, hüququ da məlumdur. Azərbaycanın hər bir bölgəsinə, hər bir regionuna səfər edəndə dövlət başçımıza xalq tərəfindən göstərilən dəstəyin əyani şahidi oluruq. Bu gün xalqımız bilir ki, həqiqətən də, cənab Prezident İlham Əliyevə alternativ mövcud deyil. Bu baxımdan, həmin insanların sosial dayağı, bazası olmadığından, məhz bu cür səthi məsələlərlə gündəmdə qalmağa çalışırlar. Xalq, cəmiyyət isə səthi amillərlə idarə oluna bilməz. Burada fundamental yanaşma, strateji vizyon lazımdır ki, bu amillər də sadə məsələlər deyil. Bütün bunların hər biri cənab Prezident İlham Əliyevdə cəmləşib. Düşünürəm ki, müqayisəyə cəhdin özü belə absurddur”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin