BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan istefa verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb.

 

Bu barədə Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat verib

 

Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur. Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir.

 

Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.

 

APA

Tarix: 2 Avqust 2026, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin