Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Zakir Rzayevin (adı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci il avqustun 30-da saat 09:30 radələrində Ağsu–Kürdəmir–İmişli–Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zakir Rzayev özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan "VAZ-2107" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olub. O, "Yol hərəkəti haqqında" Qanunun dönmə manevri ilə bağlı tələblərinə əməl etməyib. Sürücü sola dönməzdən əvvəl hərəkətin təhlükəsizliyinə tam əmin olmayıb, müvafiq kənar vəziyyət tutmayıb və arxadan gələn nəqliyyat vasitəsinə maneə yaradıb. Nəticədə təxminən 30 km/saat sürətlə sola dönmək istəyərkən arxadan eyni istiqamətdə hərəkət edən "BMW" markalı avtomobillə toqquşma baş verib.
Zərbənin təsirindən "BMW" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yolun sağ tərəfində dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb, daha sonra əks hərəkət zolağına keçərək yol kənarında yerləşən ictimai iaşə obyektinin divarına çırpılıb.
Qəza nəticəsində "BMW" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyev ağır bədən xəsarətləri alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onda sol gicgah sümüyünün beyin əsasına keçən sınığı, beynin sağ hissəsində kəllədaxili hematoma, beyin qişaları altına və mədəciklərə qansızmalar, döş qəfəsinin küt travması, çoxsaylı qabırğa sınıqları, ağciyər zədələnməsi və hemotoraks müəyyən edilib.
Ekspertiza həmin xəsarətlərin həyat üçün təhlükəli ağır bədən xəsarətləri olduğunu, ölümün isə baş nahiyəsinə dəyən zərbələr nəticəsində yaranmış kəskin qanitirmə ilə əlaqədar baş verdiyini müəyyən edib.
Məhkəmədə dindirilən Zakir Rzayev ittiham üzrə özünü təqsirli bildiyini desə də, hadisənin baş verməsində qarşı tərəfin - Rüstəm İsmiyevin yüksək sürətlə hərəkət etdiyini söyləyib.
O deyib ki, həmin gün "VAZ-2107" markalı avtomobillə təxminən 30 km/saat sürətlə hərəkətdə olub və sola dönməzdən əvvəl qarşıdan və arxadan avtomobil gəlib-gəlmədiyini yoxladığını düşünüb.
Zakirin sözlərinə görə, arxadan gələn "BMW" yüksək sürətlə hərəkət etdiyi üçün onu tam görə bilməyib və dönmə manevri zamanı avtomobillər toqquşub. Toqquşmadan sonra yolun digər tərəfinə keçərək avtomobilini saxlayıb və dərhal qəza yerinə yaxınlaşıb. Hadisə zamanı "BMW" sürücüsünün ağır vəziyyətdə olduğunu gördüyünü, sonradan isə onun həyatını itirdiyini öyrəndiyini deyib.
O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Zərərçəkmişin hüquqi varisi, mərhum Rüstəm İsmiyevin atası Şahin İsmiyev məhkəmədə ifadə verərək bildirib ki, qəza barədə ona telefonla məlumat verilib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gedib. Təcili yardım avtomobili xəstəxanaya çatdıqda həkimlər oğlunun artıq həyatını itirdiyini bildiriblər.
Ata qeyd edib ki, oğlu ali təhsilli olub, bir neçə xarici dili sərbəst bilib və gələcəyi parlaq gənclərdən biri idi.
Şahin İsmiyev məhkəmədə emosional çıxış edərək qeyd edib ki, oğlunun ölümü ailəyə ağır mənəvi zərbə vurub.
Zərərçəkmişin hüquqi varisi bildirib ki, hadisədən sonra təqsirləndirilən şəxs və ailə üzvləri tərəfindən onlara mənəvi dəstək göstərilməyib. Əksinə, qarşı tərəf mərhumun da hadisədə təqsirli olduğunu deyib.
Ata həmçinin müdafiə tərəfinin barışıq cəhdləri barədə dediklərinin həqiqəti əks etdirmədiyini bildirib.
Şahin İsmiyev məhkəmədə Zakir Rzayevi bağışlamadığını, onunla barışmadığını və barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.
Eyni zamanda vurğulayıb ki, mülki iddia qaldırmayıb və yalnız cinayət-hüquqi məsuliyyət məsələsinin ədalətli həllini istəyir.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Zakir Rzayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub.
Qeyd: 26 yaşlı Rüstəm İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Kamal Məmmədov
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin