BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Təəssüf ki, qonşu, dost İranda müəyyən qüvvələr Azərbaycanı vaxtaşırı təhdid etməyə çalışırlar”

“Siyasətdə müəyyən mövqedən çıxış edən insanlar anlayışı var. Təəssüf ki, qonşu, dost İranda müəyyən qüvvələr Azərbaycanı vaxtaşırı təhdid etməyə çalışırlar. Bu ya müəyyən bir dostluğa ziyan vura biləcək bəyanatlardır, ya da hansısa bir televiziya aparıcısının məqsədli surətdə səsləndirdiyi fikirlərdir. Məqsəd ölkələr arasında münasibətləri gərginləşdirməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Aydın Mirzəzadə deyib.

 

A.Mirzəzadə vurğulayıb ki, belə fikirlərin səslədirilməsində məqsəd Azərbaycanla İran arasında uçurum yaratmaqdır: “Onlar unudurlar ki, Azərbaycan və İran cəmiyyətləri bir-biri ilə yaxşı münasibətə kökləniblər. Rəsmilər, rəhbərlər, iki ölkə arasındakı qonşuluq münasibətlərini mehriban, dostluq münasibətlərinə çevirmək üçün həmişə çalışırlar və bu öz nəticəsini verir. Bizim münasibətlərimizi hansısa bir teleaparıcının, hansısa İranda belə çox tanınmayan ictimai xadimin bəyanatı deyil, xalqlarımızın bir-birinə olan münasibəti, rəhbərlərimizin dostluq, qardaşlıq münasibətləri həll edir”.

 

Qeyd: Bi neçə gün öncə, İranın “Channel One” TV kanalının aparıcısı Şəhram Humayun İranın silahlanmasına dəstək verərək bunun vacib olduğunu bildirib, daha sonra isə mövzunu Azərbaycan və BƏƏ-nin üzərinə gətirib Azərbaycana qarşı gərəksiz ifadələr işlədib.

 

Şəhanə Qədirli

Tarix: 3 Avqust 2026, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin