BURADA REKLAMINIZ OLA
BİLƏR

“Magistratura pilləsində vakant yerlərin sayı iddiaçıların sayı ilə mütənasiblikdə fərqli olmalıdır” - AÇIQLAMA

“Magistraturaya qəbul üçün birinci mərhələ seçimi başa çatdı. Nəticələr elan olundu və 3813 vakant yeri boş qaldı. Bunun səbəblərindən biri çıxarılan vakant yerləri ixtisas seçimi edən şəxslərin sayından çox olmasıdır. Hər kəs qəbul olsa belə, yenə 2000 yer boş qalacaqdı. Buna görə də mütləq şəkildə nəzərə almaq lazımdır ki, vakant yerlərin sayı iddiaçıların sayı ilə mütənasiblikdə fərqli olmalıdır ki, orada yerlər boş qalmasın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev deyib.

Bəzi məmurlardan müsahibə götürmək, fikir bildirmək mümkün olmur, amma Emin  Əmrullayev daim ictimaiyyət içərisindədir” Pravda.az

O qeyd edib ki, bəzi universitetlərdə ödəniş məbləği artdığına görə, həmin universitetlərdə cəlbedicilik azalıb: “Bəzilərində isə təhsilin keyfiyyəti ilə bağlı göstəricilər tələbləri qane etmədiyinə görə həmin yerləri seçməyiblər. Bir çox universitetlərdə qəbul şərtləri kifayət qədər aşağı düşüb. Hətta Bakı Dövlət Universiteti həmişə liderlər sırasında yer tuturdu. Artıq orada da 83 faizdən bir az çox yer dolub qalan yerlər boş qalıb. Birmənalı şəkildə bu plan yerlərində iddiaçılarla bağlı uyğunluğu nəzərdən keçirmək və daha dəqiq rəqəmlər çıxartmaq daha doğru olardı. Eyni zamanda bəzi ixtisaslar var ki, xüsusilə incəsənətlə bağlı olanlarda baxmayaraq ki namizədlər kifayət qədər peşəkar musiqiçilərdir, tanınmış insanlardır, onlar minimal keçid balını toplaya bilmirlər. Buna görə də ümumiyyətlə ixtisas seçimində iştirak edə bilmirlər və həmin yerlər boş qalır. Bu səbəblər həmin ixtisasların bu qədər boş qalmasına gətirib çıxarır”.

 

Qeyd: Magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbulun birinci yerləşdirmə mərhələsində ayrılmış 17 min 658 olan yerinin 13 min 845-i tutulub. Birinci yerləşdirmədən sonra 3813 vakant yer qalıb.

 

Şəhanə Qədirli

Tarix: 3 Avqust 2026, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin