BURADA REKLAMINIZ OLA
BİLƏR

Seyran Səxavət: “Nəriman Həsənzadə haqqında o fikri oxucu kimi deyənlər istedadsız, duyğusuz adamlardır”

Xalq şairi Nəriman Həsənzadənin vəfatından sonra da sosial şəbəkələrdə onun şeirləri geniş formada paylaşılaraq yaradıcılığı və şəxsiyyəti haqqında çoxsaylı xoş fikirlər səsləndirilir. Bununla yanaşı şairin siyasi mövqeyi müzakirə mövzusuna çevrilib. Belə ki, bəzi müxalifyönlü şəxslər bildirirlər ki, yaxşı şair, yazıçı və ziyalı mütləq müxalif mövqedə olmalı, tənqid etməkdən çəkinməməlidir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yazıçı, şair, dramaturq Seyran Səxavət belə fikirdə olanları tənqid edib.

 

S.Səxavət qeyd edib ki, Nəriman Həsənzadə haqqında o fikri oxucu kimi deyənlər kimliyindən asılı olmayaraq son dərəcə istedadsız, duyğusuz adamlardır.

 

Qeyd: Nəriman Həsənzadə 1992-1993-cü illərdə Müsavat Partiyasında təmsil olunub. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra N.Həsənzadə Müsavatdan istefa verib, bir daha hər hansı partiyanın üzvü olmayıb.

 

Şəhanə Qədirli

Tarix: 3 Avqust 2026, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin